Bakı Texniki Kolleci
Bakı Texniki Kolleci
Facebook səhifəmiz
Faydalı
» Tədris işləri üzrə direktor müavini

Tədris işləri üzrə direktor müavini


 
Tədris işləri üzrə direktor müavini
Qardaşov Cəlal Əmiraslan oğlu
 

1966-cı ildə Lerik rayonunun Boykəndil kəndində anadan olmuşdur. 1983-cü ildə həmin rayonda orta məktəbi bitirmişdir. 1986-cı ildə Azərbaycan Politexnik İnstitutunun "Avtomobil nəqliyyatı” fakültəsinə qəbul olmuşdur. 1991-ci ildə Azərbaycan Texniki Universitetinin "Avtomobil nəqliyyatının istismarı” ixtisasını bitirmişdir. Həmin ildən Bakı Politexnik Texnikumunun "Avtomobil nəqliyyatı” fənn birləşməsində müəllim kimi fəaliyyətə başlamışdır. 2002-ci ildən 2015-ci ilə kimi Bakı Texniki Kollecinin "Avtomobil nəqliyyatı” fənn birləşməsinin sədri olmuşdur. 2010-cu ildən həmin kollecin Qiyabi şöbəsinin müdiri vəzifəsində işləyir. Orta ixtisas təhsili müəssisələrində "Yol hərəkətinin təşkili” ixtisasından buraxılış işlərinin yerinə yetirilməsi üçün metodiki göstərişləri, həmin müəssisələrdə tədris olunan "Avtomobil yolları” və "Avtomobil yollarının nəqliyyat istismar keyfiyyətləri” fənnlərindən mühazirələri və "Yol hərəkətinin təşkili və təhlükəsizliyi”, "Yol hərəkəti qaydaları və hərəkətin təhlükəsizliyi”, "Avtomobil yollarının nəqliyyat istismarı keyfiyyətləri”, "Beynəlxalq daşımalar”, "Yol hərəkətinin təşkilinin texniki nizamlama vasitələri” fənlərindən proqramları işləmişdir. "Nəqliyyat logistikası" adlı dərsliyin , "Avtomobil nəqliyyatında yükləmə-boşaltma işlərinin təşkili", "Vahid nəqliyyat sistemi" adlı dərs vəsaitlərinin həmmüəllifidir. Direktor müavini əvəzi və Qiyabi şöbəsinin müdiri vəzifəsində çalışmışdır. 2020-ci il tarixindən Bakı Texniki Kollecin tədris işləri üzrə direktor müavini vəzifəsində çalışır.

Ailəlidir: iki övladı var.


�"> >