Direktor

AzTU-nun nəzdində Bakı Texniki Kollecinin direktoru, t.e.d., professor Akif Əli oğlu Cahangirov
Tərcümeyi-hal
Cahangirov Akif Əli oğlu 18.12.1963-cü ildə Bakı şəhərində anadan olmuşdur. 1981-ci ildə Azərbaycan Poltexnik İnstitunun (Azərbaycan Texniki Universiteti) "Avtomabil nəqliyyatı” fakültəsinə daxil olmuş, 1986-cı ildə oranı bitirmişdir.
İnstitutu bitirdikdən sonra təyinatla Avtomabil Nəqliyyatı Nazirliyində böyük mühəndis vəzifəsinə təyin olunmuşdur.
1990-cı ildə Azərbaycan Texniki Universitetinin (AzTU) "Avtomobil daşımaları və yol hərəkətinin təşkili” kafedrasında baş laborant, 1995-ci lidə isə kafedranın baş müəllimi vəzifəsinə seçilmişdir.
1992-ci ildə Azərbaycan Texniki Universitetində namizədlik dissertasiyasını müdafiə edərək, texnika elmləri namizədi alimlik dərəcəsi və 1999-cu ildə "Avtomabil daşınmaları və yol hərəkətinin təşkili” kafedrası üzrə dosent elmi adı almışdır.
2000-ci ildə "Avtomexanika” fakültəsinə dekan müavini, 2002-ci ildə isə rektorun köməkçisi təyin edilmişdir. 2005-cı ildən Azərbaycan Texniki Universitetinin Həmkarlar İttifaqı Komitəsinin sədri vəzifəsinə seçilmişdir.
2010-cu ildə Həmkarlar İttifaqı Konfederasiyasının "Həmkarlar İttifaqında xidmətlərinə görə” medalına layiq görülüb.
2012-cu ildə Təhsil Nazirliyi tərəfindən "Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltif olunub.
2018-ci ildə Prezident sərəncamı ilə "Tərəqqi” medalına layiq görülüb.
2018-ci ildə doktorluq disertasiyasını müdafiə edib, texnika üzrə elmlər doktoru adını alıb.
2019-ci il martın 6-da keçirilən AzTU Elmi Şurasının qərarı ilə "Avtomabil daşınmaları və yol hərəkətinin təşkili” kafedrasının professoru vəzifəsinə seçilib.
A.Ə.Cahangirov 80-dən çox elmi məqalələrin, tədris-metodiki vəsaitlərin, 2 dərslik və 3 dərs vəsaitinin müəllifidir, mütəmadi olaraq respublika və beynəlxalq konfranslarda çıxış edir.
1993-cü ildən YAP-üzvüdür.
A.Ə.Cahangirov 03.02.2020.-ci il tarixindən AzTU-nun nəzdində fəaliyyət göstərən Bakı Texniki Kollecinin direktoru vəzifəsindədir.
Ailəlidir, iki qızı var.











