Bakı Texniki Kolleci
Bakı Texniki Kolleci
Facebook səhifəmiz
Faydalı
» Bakı Texniki Kollecinin yaranma tarixi və fəaliyyəti

Bakı Texniki Kollecinin yaranma tarixi və fəaliyyəti

 
    Azərbaycan Respublikası Nazirlər Kabinetinin 78 saylı 26 iyun 1996-cı il   tarixli qərarı və Azərbaycan Respublikası Təhsil Nazirliyinin 353 saylı 11 iyul 1996-cı il tarixli əmri ilə Bakı Politexnik və Maşınqayırma texnikumlarının birləşdirilməsi nəticəsində Bakı Texniki Kolleci yaradılmışdır. 
Kollecin hüquqi ünvanı: Bakı şəhəri,8-ci km qəsəbəsi,Q.Qarayev 2B
   Keçmiş Bakı Politexnik Texnikumu isə əsası 1930-cu ildə qoyulmuş Məişət-Texniki Texnikumun bazası əsasında 1962-ci ildə yaradılmışdır. Bakı Texniki Kollecinin adı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 15 iyul 118 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyindəki qurumlar Siyahısı" nda dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17.08.2015-ci il tarixli 280 nömrəli qərarına əsasən dəyişdirilərək Azərbaycan Texniki Universiteti nəzdində Bakı Texniki Kolleci adlandırılmışdır.

Keçmiş Bakı Politexnik Texnikumu  əsası 1930-cu ildə qoyulmuş Məişət-Texniki Texnikumun bazası əsasında 1962-ci ildə yaradılmışdır. 

    Azərbaycan Texniki Universitetinin nəzdində Bakı Texniki Kolleci hüquqi şəxs statusuna malik orta ixtisas proqramları əsasında təhsil xidmətləri göstərən və subbakalavr peşə-ixtisas dərəcəsi vermək hüququ olan təhsil müəssisəsidir. Kollec öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, "Təhsil haqqında" Azərbaycan Respublikasının Qanununu,Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14.01.2011-ci il tarixli 7 nömrəli qərarı ilə təsdiq edilmiş "Orta İxtisas təhsil müəssisəninin Nümunəvi Nizamnaməsi"ni,digər qərar və sərəncamlarını,Azərbaycan Respublikası Təhsil Nazirliyinin əmrlərini,kollegiyasının qərarlarını Azərbaycan Texniki Universitetinin nizamnaməsini və öz nizamnaməsini rəhbər tutur. Kollec-orta ixtisas proqramları əsasında təhsil xidmətləri göstərən və subbakalavr peşə-ixtisas dərəcəsi vermək hüququ olan təhsil müəssisəsidir.
AzTU-nin nəzdində Bakı Texniki Kollecində təhsil dövlət hesabına və ya ödənişli əsaslarla həyata keçirilir.
 
Kollec təhsil və tərbiyə mərkəzi kimi aşağıdakı vəzifələri yerinə yetirir:
-hər bir şəxsin intellektual,mədəni və mənəvi inkşafı,orta ixtisas təhsili alma tələblərinin ödənilməsini;
-təlim-tərbiyə prosesinin yüksək səviyyədə təşkil edilməsi;
-yüksək ixtisaslı kadrların hazırlanması;
-ixtisasartırma və kadrların yenidən hazırlanması;
-xarici əlaqələrin təmin edilməsi;
-tədris prosesinin düzgün təşkil edilməsi;
-təlim prosesində innovativ texnologiyalardan və yeni təlim üsullarından istifadə edilməsi;
-konfranslar,seminarlar,olimpiadalar və s. təşkil edilməsi;
-Boloniya Bəyənnaməsinin əsas prinsiplərinin tətbiqi ilə bağlı müasir informasiya və metodiki təminatı,qlobal komputer şəbəkəsi(internet) üçün informasiya resurslarının yaradılması;
-dərslik,dərs vəsaiti,tədris və tədris-metodiki ədəbiyyatların hazırlanması və nəşr edilməsi;
-tələbələrə və müəllim heyətinə idman,sağlamlıq,iaşə və məişət xidmətləri göstərməsi;
-təsərrüfat və maliyyə fəaliyyətinin həyata keçirilməsi;
-Kollecin maddi-texniki və tədris bazasının möhkəmləndirilməsi istiqamətində işlərin həyata keçirilməsi;
 
Kollec hal-hazırda aşağıdakı təhsilalma formalarını həyata keçirir:
-əyani;

 Kollecdə əyani forma üzrə normativ təhsil müddəti ümumi orta təhsil bazasından qəbul olunanlar üçün 3,tam orta təhsil bazasından qəbul olunanlar üçün isə 2 ildir.
 Kolleci bitirən məzunlara "Subbakalavr” ixtisas dərəcəsi verilir.
 Kollecə tələbə qəbulu biliyin qiymətləndirilməsi üzrə keçirilən imtahanlarda abituriyentlərin əldə etdikləri nəticələrə əsasən Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən müəyyən edilmiş qaydada həyata keçirilir. Kollecə  tələbə qəbulu planı müvafiq dövlət,həmçinin ayrı-ayrı müəssisə və təşkilatların sifarişi əsasında orta ixtisas təhsili müəssisənin imkanları nəzərə alınmaqla,orta ixtisas təhsili müəssisələrinin və tabeliyində orta ixtisas təhsili müəssisələri olan nazirlik və təşkilatların təklifləri əsasında Azərbaycan Respublikasının Nazirlər kabineti tərəfindən müəyyən olunur.
 
Kollecdə tədris prosesi "Orta ixtisas təhsili müəssisələrində kredit sistemi ilə tədrisin təşkili Qaydaları"na uyğun olaraq həyata keçirilir.
 
 
Kollec hal-hazırda aşağıdakı təhsil proqramlarını(kurikulumları) həyata keçirir:
-tam orta təhsil(ümumi orta təhsil bazasından təhsil alanlar üçün);
-orta ixtisas təhsili ;
-əlavə təhsil

Kollecdə aşağıdakı ixtisaslar üzrə kadr hazırlığı aparılır:
 

-040406 Mühasibat uçotu

-040550 Nəqliyyat vasitələrinin texniki istismarı (nəqliyyat növləri üzrə)

-040536 Qaldırıcı-nəqliyyat, tikinti maşın və avadanlıqlarının texniki istismarı

-040558 Sənaye avadanlıqlarının quraşdırılması və texniki istismarı

-040552 Nəqliyyatın logistikası

-040551 Nəqliyyatda avtomatika, telemexanika(nəqliyyat növləri üzrə)

-040516 Energetika və elektroenergetika

-040518 Ətraf mühitin mühafizəsi və bərpası

-040537 Qaynaq istehsalının metallurgiyası, texnologiyası və avadanlığı

-040569 Tibbi avadanlıqların quraşdırılması və istismarı

-040530 Kompüter sistemlərində proqram təminatı

-040405 Marketinq

 
   Orta ixtisas təhsili pilləsinin proqramlarını başa vurmuş və Kollecin yekun dövlət attestasiyasından keçmiş tələbələrə orta ixtisas təhsili müəssisəsini bitirmələri barədə "Təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi qaydaları nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2010-cu il 29 aprel tarixli 82 nömrəli qərarına uyğun olaraq dövlət nümunəli sənəd-diplom verilir.

Kollecdə aşağıdakı şöbələr fəaliyyət göstərir:

1. "Nəqliyyat  və logistika” şöbəsi

2. "İqtisadiyyat və idarəetmə” şöbəsi

3. "Energetika və kompüter texnologiyaları” şöbəsi

4. “Mexanika”şöbəsi

5. "İstehsalat-təcrübə” şöbəsi


 

Kollecdə tədris,metodiki və pedoqoji işlərin həyata keçirilməsi üçün aşağıdakı fənn birləşmələri fəaliyyət göstərir:

1. "Avtonəqliyyat” fənn birləşməsi

2. "Humanitar elmlər” fənn birləşməsi

3. “Kompüter elmləri” fənn birləşməsi

4. "Ümumixtisas” fənn birləşməsi

5. "İqtisadiyyat ” fənn birləşməsi

6. "Ümumtəhsil” fənn birləşməsi

7. "Dil və Ədəbiyyat” fənn birləşməsi

8. "İngilis dili” fənn birləşməsi

9. "Fiziki  tərbiyə və çağrışaqədərki hazırlıq ” fənn birləşməsi

   

   2012-ci ildən etibarən kollec  məzunlarına “Subbakalavr”  ixtisas dərəcəsi verilməyə başanmışdır. 2019-cu ildən isə   “Subbakalavr”  diplomunu  almış kollec məzunlarının uyğun ixtisaslar üzrə  imtahansız, ümumi orta müvəfəqqiyyət göstəricilərinə görə Universitetlərə qəbulu həyata keçirilir. Bu fürsətdən yararlanan  Bakı Texniki Kollecinin yüzlərlə məzunları hər il Universitetlərin “Bakalavr” pilləsinə imtahansız qəbul olunurlar.

      Hal-hazırda kollecdə yuxarıda göstərilən ixtisaslar üzrə 1600 nəfər tələbə təhsil alır. Onların tədris prosesi  ilə 125 nəfər yüksək ixtisaslı müəllim heyəti məşğul olur.

    Kollecə 2014-cü ilədək  t.e.n.Məmmədov Ramazan Mollateyyub oğlu, direktor kimi rəhbərlik etmişdir. 2014-cü ildən 2 fevral 2020-ci il tarixinə qədər  t.e.n. Məmmədov  Fərrux   Qara oğlu direktor   vəzifəsinin  səlahiyyətlərini  icra etmişdir.

2 fevral 2020-ci il tarixində t.e.d., prof. Akif  Əli oğlu Cahangirov  kollecə   direktor təyin olunmuşdur və hal-hazırda da kollecə rəhbərlik edir. Prof. Akif  Əli oğlu  Cahangirov 2012-ci ildə Azərbaycan  Respublikası Təhsil Nazirliyinin “Azərbaycan Respublikasının  Qabaqcıl Təhsil  İşçisi” döş nişanı ilə və 2018- ci ildə Azərbaycan Respublikasının Prezdentinin Sərəncamına əsasən “Tərəqqi ” medalı ilə təltif olunmuşdur.


�"> >