Bakı Texniki Kollecində 8 Noyabr - Zəfər Günü münasibətilə təntənəli tədbir keçirildi.
Tədbirdə Azərbaycan xalqının tarixi Qələbəsindən, Vətən müharibəsində qazanılmış Zəfərin əhəmiyyətindən, qəhrəman Azərbaycan Ordusunun şücaətindən və şəhidlərimizin əziz xatirəsindən bəhs olundu.
Tədbir çərçivəsində tələbələrin iştirakı ilə vətənpərvərlik ruhunda çıxışlar, bədii kompozisiyalar və musiqi nömrələri təqdim edildi. Çıxışlarda Vətənə sevgi, milli birlik, qəhrəmanlıq və Zəfər qüruru xüsusi vurğulandı.
Qeyd olunub ki, 8 Noyabr – Zəfər Günü Azərbaycan tarixinin ən şanlı səhifələrindən biridir. Bu möhtəşəm Qələbə xalqımızın birliyinin, ordumuzun gücünün və şəhidlərimizin qəhrəmanlığının təntənəsidir.
Zəfərimiz əbədi, üçrəngli bayrağımız daim ucalarda olsun!
Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin!