Bakı Texniki Kollecində “Hər bir uşağın hüququ var” adlı dəyirmi masa keçirildi.
Dəyirmi masa zamanı uşaqların yaşamaq, təhsil almaq, sağlamlığının qorunması, ailə mühitində böyümək, istirahət etmək, öz fikirlərini sərbəst ifadə etmək və zorakılıqdan müdafiə olunmaq hüquqları haqqında ətraflı məlumat verildi. Bildirildi ki, hər bir uşaq, yaşından, cinsindən, dilindən, sosial vəziyyətindən və digər fərqlərindən asılı olmayaraq, bərabər hüquqlara malikdir. Uşaqların hüquqlarının qorunması yalnız ailənin deyil, həm də cəmiyyətin və dövlətin mühüm vəzifələrindən biridir.






















