Bakı Texniki Kollecinə müəllim tələb olunur

Azərbaycan Texniki Universitetinin (AzTU) nəzdində fəaliyyət göstərən Bakı Texniki Kollecinin Nəqliyyat və logistika şöbəsində ixtisas fənlərinin tədrisi üçün müəllim tələb olunur. Namizədlər ixtisasın profilinə uyğun magistr təhsilinə malik olmalıdır. Həmçinin “Microsoft Word”, “Excel”, “PowerPoint”, “Microsoft Teams” və digər ofis proqramları da daxil olmaqla informasiya-kommunikasiya texnologiyaları üzrə bilik və bacarıqlara sahib olmalıdırlar.
Maraqlanan şəxslər əlavə məlumat almaq və müraciət etmək üçün 012 520 93 77 nömrəsi ilə əlaqə saxlaya və ya baki.texniki.kollec@mail.ru elektron poçt ünvanına müraciət edə bilərlər.











