Bakı Texniki Kollecində I Türkoloji Qurultayının 100 illiyinə həsr olunmuş dəyirmi masa keçirildi.
1926-cı ildə Bakıda keçirilən I Türkoloji Qurultayı türk dünyasının elm tarixində mühüm hadisələrdən biri olmuşdur. Bu qurultayda müxtəlif ölkələrdən gələn alimlər türk dillərinin inkişafı, ortaq əlifba və mədəni əlaqələrin gücləndirilməsi məsələlərini müzakirə etmişlər.
Qurultayın 100 illiyinə həsr olunmuş tədbirdə iştirakçılara bu tarixi hadisənin əhəmiyyəti izah edilmiş, türk xalqlarının birliyi və ortaq dəyərləri vurğulanmışdır. Dəyirmi masa iştirakçıları müxtəlif çıxışlar etdilər, müzakirələr aparıldı, video-çarxa baxıldı. Tələbələrdə I Türkoloji Qurultaya dair müəyyən fikirlər yaradıldı.