Bakı Texniki Kolleci
Bakı Texniki Kolleci
Facebook səhifəmiz
Faydalı
» *Xəbərlər » Bakı Texniki Kollecində “Gələcəyin şəhəri” təqdimatı.

Bakı Texniki Kollecində “Gələcəyin şəhəri” təqdimatı.

Bakı Texniki Kollecinin "Ətraf mühitin mühafizəsi və bərpası" ixtisası üzrə ll kursda təhsil alan gənc ekoloq Aysel Məmmədova l  kurs tələbələri üçün “Gələcəyin şəhəri” mövzusunda təqdimat keçirib. Təqdimat zamanı o, şəhərsalmada ekoloji yanaşma, bərpa olunan enerji mənbələri və yaşıl zonaların əhəmiyyəti haqqında məlumat verib.
Mövzunu daha aydın izah etmək üçün tələbə külək turbinləri, günəş panelləri və yaşıl əraziləri əks etdirən şəhər maketi hazırlayaraq tələbələrə təqdim edib və maket üzərində izahlar aparıb. Təqdimat tələbələrdə ekoloji düşüncənin formalaşmasına və gələcəyin dayanıqlı şəhərləri haqqında məlumatın artırılmasına xidmət edib.



Bakı Texniki Kollecində “Gələcəyin şəhəri” təqdimatı.