Bakı Texniki Kolleci
Bakı Texniki Kolleci
Facebook səhifəmiz
Faydalı
» *Xəbərlər » Bakı Texniki Kollecində “WUF13 və davamlı şəhərlər” mövzusunda dəyirmi masa keçirildi.

Bakı Texniki Kollecində “WUF13 və davamlı şəhərlər” mövzusunda dəyirmi masa keçirildi.

Bakı Texniki Kollecində “WUF13 və davamlı şəhərlər” mövzusunda dəyirmi masa keçirildi.
06 mart 2026-cı il tarixində Bakı Texniki Kollecində kollecin direktor müavini Mələk Nağıyevanın rəhbərliyi və kimya müəllimi Səbinə Qasımovanın təşkilatçılığı ilə “WUF13 və davamlı şəhərlər” mövzusunda dəyirmi masa keçirildi. Tədbirdə “Ətraf mühitin mühafizəsi və bərpası” ixtisası üzrə tələbələr iştirak etdilər.
Tədbiri kimya müəllimi Səbinə Qasımova açaraq BMT-nin Ümumdünya Şəhərsalma Forumu – WUF13 haqqında iştirakçılara ətraflı məlumat verdi, forumun məqsədi və davamlı şəhərlərin formalaşdırılmasında əhəmiyyəti barədə danışdı.
Daha sonra gənc ekoloq Aysel Məmmədova “Gələcəyin ekoloji şəhəri” layihəsini təqdim edərək şəhərlərin ekoloji baxımdan inkişaf perspektivləri ilə bağlı fikirlərini iştirakçılarla bölüşdü.
Tədbirin davamında digər gənc ekoloqlar – Salayeva Rəhiməxanım, Həmidzadə Fatimə və Allahverdi Leyli “Ekologiya və şəhərsalma”, “İqlim dəyişikliyi və şəhərlərin rolu”, “Yaşıl texnologiyalar” mövzularında çıxışlar edərək müasir şəhərlərdə mövcud ekoloji problemlər və onların həlli yolları barədə fikirlərini səsləndirdilər.
Dəyirmi masa iştirakçıların mövzu ətrafında aktiv müzakirələri ilə davam etdi. Tədbirin əsas məqsədi tələbələr arasında ekoloji düşüncənin formalaşdırılması, davamlı şəhər anlayışının təbliği və gənclərin bu sahədə fəallığının artırılması idi.



Bakı Texniki Kollecində “WUF13 və davamlı şəhərlər” mövzusunda dəyirmi masa keçirildi.