Bakı Texniki Kolleci
Bakı Texniki Kolleci
Facebook səhifəmiz
Faydalı
» *Xəbərlər » Bakı Texniki Kollecində 05.03.2026 tarixində “Bakı 2050 – Tələbələrin Gözü ilə” layihəsi təşkil olundu

Bakı Texniki Kollecində 05.03.2026 tarixində “Bakı 2050 – Tələbələrin Gözü ilə” layihəsi təşkil olundu

Tədbir kimya müəllimi Qasımova Səbinənin təsirli və motivasiyaedici sözləri ilə başladı. O, tələbələrdən gözlərini yumaraq 2050-ci ilin Bakısını xəyal etmələrini istədi — necə bir şəhərdə yaşamaq istədiklərini, küçələrin, parkların, nəqliyyatın və insanların həyat tərzinin necə olacağını düşünməyi xahiş etdi.
Qısa səssizlik anından sonra tələbələr arzularındakı Bakını sözlərə çevirdilər. Yazılan fikirlər səsləndirildi və ortaya gələcəyin yaşıl enerjidən istifadə edən, ekoloji cəhətdən təmiz, texnoloji baxımdan inkişaf etmiş və insan sağlamlığını prioritet sayan bir şəhər modeli çıxdı.
Müzakirələr zamanı tələbələr öz baxışlarını bölüşdü, fərqli yanaşmalar irəli sürüldü və gələcəyin şəhərinin qurulmasında gənclərin rolunun əhəmiyyəti vurğulandı. Mövzuya uyğun qısa video fraqmentlər isə tədbirə xüsusi dinamika qataraq təqdimata vizual təsir gücü əlavə etdi.
Layihə iştirakçılarda həm yaradıcı düşüncəni, həm də gələcəyə məsuliyyətli yanaşmanı gücləndirərək yadda qalan təəssüratla başa çatdı. Tədbir Bakı Texniki Kollecinin tərbiyə işləri üzrə direktor müavini M.Nağiyevanın təşkilatçılığı ilə keçirildi.