Bakı Texniki Kolleci
Bakı Texniki Kolleci
Facebook səhifəmiz
Faydalı
» *Şöbələr » Mexanika şöbəsi üzrə ixtisaslar

Mexanika şöbəsi üzrə ixtisaslar

“Mexanika”  şöbəsində aşağıdakı ixtisaslar  var.

“040558- Sənaye avadanlıqlarının quraşdırılması və texniki istismarı”
“040537- Qaynaq istehsalının metallurgiyası, texnologiyası və avadanlığı”
"040536 –Qaldırıcı-nəqliyyat, tikinti maşın və avadanlıqlarının texniki istismarı



“040558-Sənaye avadanlıqlarının quraşdırılması və texniki istismarı” ixtisasını bitirən məzun sənaye müəssisələrində, o cümlədən fabric və zavodlarda və müxtəlif istehsalat müəssisələrində, texnoparklarda, maşınqayırma zavodlarında kiçik mütəxəssis (quraşdırıcı, sazlayıcı, tornarçı, çilingər,freezer, əməliyyatçı, texnik, dispetçet, iş icraçısı,usta, sahə rəisi və s.) kimi işləyə bilər.


“040537-Qaynaq istehsalının metallurgiyası, texnologiyası və avadanlığı” ixtisasını bitirən məzun qaynaq işləri aparılan bütün müəssisələrdə və sahələrdə ,tikinti-quraşdırma işləri aparılan özəl və dövlət şirkətlərində, maşınqayırma zavodlarında, metallurgiya sahəsində ,metal konstruksiya quraşdırma sexlərində, metal tökmə sahəsində, polad əritmə zavodlarında və sexlərində, aqroservislərdə kiçik mütəxəssis (iş icraçısı, usta, baş usta, elektrik qaynaqçısı, qaz qaynaqçısı, əməliyyatçı ,1-6-cı dərəcəli qaynaqçı və s.) kimi işləyə bilər.


040536 –Qaldırıcı-nəqliyyat, tikinti maşın və avadanlıqlarının texniki istismarı”   xüsusi təyinatlı nəqliyyat müəssisələrində, inşaat-tikinti sahələrində, tikinti-quraşdırma işlərində , yükləmə-boşaltma işləri, mexanikləşdirilmiş iri logistik anbarlarda , müxtəlif istehsalat- sənaye müəssisələrində ,qaldırcı-nəqliyyat, tikinti  maşınları üzrə texnoparklarda (quraşdırıcı maşın və avadanlığın diaqnostikası üzrə texnik, təmir və texniki xidmət işləri üzrə texnik, dispetçer, əməliyyatçı kimi) işləyə bilər.