Köçəryan və Sarkisyan kimi müharibə canilərinin ədalət qarşısında cavab verməməsi qərbi azərbaycanlılarının qayıdışına ciddi maneə yaradır

Azərbaycan Texniki Universitetinin nəzdində Bakı Texniki Kollecinin direktoru elmlər doktoru, professor Akif Cahangirov da Qərbi Azərbaycan İcmasının keçirdiyi yığıncaqda öz fikrini bildirdi:
Qərbi azərbaycanlıların öz doğma yurdlarına təhlükəsiz və ləyaqətli şəkildə qayıdışı təkcə humanitar məsələ deyil, həm də ədalət məsələsidir. Keçmişdə baş vermiş faciələrin, zorakılıqların və hüquq pozuntularının məsul şəxsləri ədalət qarşısında cavab vermədikcə, davamlı sülh və etimad mühiti formalaşa bilməz.
Ədalət bərqərar olunmadan barışıqdan danışmaq çətindir. Çünki cəzasızlıq yeni ədalətsizliklər üçün zəmin yaradır. Biz regionda sabitlik, qarşılıqlı hörmət və beynəlxalq hüquqa əsaslanan münasibətlər istəyiriksə, hər kəs törətdiyi əməllərə görə məsuliyyət daşımalıdır.
Qərbi azərbaycanlıların qayıdışı hüquqi, siyasi və mənəvi baxımdan təmin olunmalı, onların təhlükəsizliyi və hüquqları beynəlxalq normalar çərçivəsində qorunmalıdır.



















