Bakı Texniki Kolleci
Bakı Texniki Kolleci
Facebook səhifəmiz
Faydalı
» *Xəbərlər » Kollecimizdə Açıq qapı günü keçirildi.

Kollecimizdə Açıq qapı günü keçirildi.

Kollecimizdə valideynlərlə əməkdaşlığın gücləndirilməsi məqsədilə Açıq qapı günü təşkil olunmuşdur. Tədbirdə valideynlər kollec rəhbərliyi və müəllim heyəti ilə görüşmüş, tədris prosesi, ixtisaslar, təhsil imkanları və tələbələrin nailiyyətləri barədə ətraflı məlumat əldə etmişlər.
Görüş zamanı valideynləri maraqlandıran suallar cavablandırılmış, qarşılıqlı fikir mübadiləsi aparılmışdır. Açıq qapı günü valideynlərin kollec mühiti ilə yaxından tanış olması və təhsil prosesində fəal iştirakının təmin edilməsi baxımından əhəmiyyətli olmuşdur.
Valideynlər həm də imtahan prosesini izləmişdilər.



Kollecimizdə Açıq qapı günü keçirildi.



[imghttps://imgs.su/upload/812/2151567364.jpg[/img]