Bakı Texniki Kollecində Təhsil Tələbə Krediti Fondunun (TTKF) təqdimatı təşkil olunub.
Azərbaycan Texniki Universitetinin nəzdindı Bakı Texniki Kollecində Təhsil Tələbə Krediti Fondunun (TTKF) təqdimatı təşkil olunub. Tədbirin məqsədi tələbələrə təhsil kreditlərinin növləri, müraciət qaydaları və Fondun fəaliyyət istiqamətləri barədə məlumat vermək olub.
TTKF nümayəndəsi Aysel Hacıyeva Fondun əsas missiyasının təhsilə əlçatanlığı təmin etmək, tələbələr üçün bərabər imkanlar yaratmaq, təhsilin əhatə dairəsini genişləndirmək və keyfiyyətli təhsilə dəstək vermək olduğunu qeyd edib.
Tədbir tələbələrin suallarının cavablandırılması ilə yekunlaşıb.