Bakı Texniki Kolleci
Bakı Texniki Kolleci
Facebook səhifəmiz
Faydalı
» *Xəbərlər » 25.06.2025-ci il tarixdə 26 İyun-Narkomaniya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə Günü münasibəti ilə aksiya təşkil olunmuşdur.

25.06.2025-ci il tarixdə 26 İyun-Narkomaniya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə Günü münasibəti ilə aksiya təşkil olunmuşdur.

25.06.2025-ci il tarixdə Bakı Şəhər Gənclər və İdman İdarəsinin Nizami rayonu üzrə gənclər və idman sektorunun təşkilatçılığıyla 26 İyun-Narkomaniya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə Günü münasibəti ilə rayon ərazisində maarifləndirici aksiya  təşkil olunmuşdur. Aksiya zamanı Nizami rayonu üzrə gənclər və idman sektorunun əməkdaşları Mənzər Əliyeva, Valeh Əmrahov və könüllülər rayon sakinlərinə narkomaniya, zərərli vərdişlər barədə  məlumat verdilər. Həmçinin, bu məqsədlə maarifləndirici bukletlər paylandı.Sektor tərəfindən gələcəkdə də  bu cür maarifləndirici tədbirlərin təşkil olunması nəzərdə tutulmuşdur. Bu tədbirdə Bakı Texniki Kollecinin tələbələri də iştirak etdilər.


25.06.2025-ci il tarixdə 26 İyun-Narkomaniya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə Günü münasibəti ilə aksiya  təşkil olunmuşdur.