Bakı Texniki Kollecində gənclərlə maarifləndirici görüş təşkil olunub.
"Zərərli vərdişlərə qarşı mübarizənin artırılması" layihəsi çərçivəsində Bakı Texniki Kollecində gənclərlə maarifləndirici görüş təşkil olunub. Görüşün əsas məqsədi gəncləri zərərli vərdişlərin fəsadları barədə məlumatlandırmaq, sağlam həyat tərzinin təbliğini gücləndirmək və bu sahədə onlarda məsuliyyət hissini formalaşdırmaqdan ibarət olub.
Tədbirdə Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının, Nizami Rayon İcra Hakimiyyətinin və Nizami Rayon Polis İdarəsinin əməkdaşları iştirak ediblər. Çıxış edən qonaqlar gənclərə narkotik vasitələrdən, alkoqollu içkilərdən və digər zərərli vərdişlərdən uzaq durmağın vacibliyini vurğulayıblar. Onlar həmçinin, dövlət tərəfindən bu istiqamətdə həyata keçirilən maarifləndirmə tədbirləri barədə ətraflı məlumat veriblər.
Qeyd edək ki, layihə Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə "Xüsusi qayğıya ehtiyacı olan uşaqlara və onların ailələrinə yardım" İctimai Birliyi tərəfindən həyata keçirilir.