Bakı Texniki Kollecinin fəal tələbələri DOST İnkluziv İnkişaf və Yaradıcılıq Mərkəzini ziyarət etmişlər.
19.05.2025-ci il tarixində Nizami Rayon İcra Hakimiyyətinin təşkilatçılı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində “"Peşədən Sosial İnkişafa: Nizami rayonu Bakı Texniki Kollecinin tələbələrinin DOST İnkluziv İnkişaf və Yaradıcılıq Mərkəzinə Ziyarəti" layihəsi adı altında Nizami rayonunda fəaliyyət göstərən Bakı Texniki Kollecinin fəal tələbələri DOST İnkluziv İnkişaf və Yaradıcılıq Mərkəzini ziyarət etmişlər.
Tədbirdə Nizami Rayon İcra Hakimiyyətinin məsul əməkdaşı Eldəniz Zeynalov və Bakı Şəhər Gənclər və İdman İdarəsinin Nizami rayonu üzrə sektorunun əməkdaşı Valeh Əmrahovda iştirak etmişlər.
DOST İnkluziv İnkişaf və Yaradıcılıq Mərkəzini ziyarət etməkdə məqsəd Kollec tələbələrinin peşə bacarıqlarının tətbiqi və təbliği, həmçinin sosial sahədə fəaliyyət göstərən innovativ qurumlarla tanışlıqdır.
Ziyarət zamanı tələbələrə Mərkəzdə təqdim olunan inkluziv sosial xidmətlər, yaradıcılıq studiyaları, əmək reabilitasiyası və əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiyasına yönəlmiş proqramlar barədə ətraflı məlumat verilmişdir.
Tələbələr həmçinin, peşə fəaliyyətlərinin sosial əhəmiyyətini, ictimai faydalılığını və məşğulluq imkanlarını yerindəcə müşahidə etmişlər.
Bu ziyarət, gənclərin sosial həssas qruplara dəstək, peşəyə motivasiya və ictimai şüurun formalaşması baxımından da önəmli addımdır.