Bakı Texniki Kollecinin tələbələri Çəmşid Naxçıvanski adına Hərbi Liseydə ekskursiyada iştirak edilər
18 aprel 2025-ci il tarixdə Bakı şəhər Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Nizami rayonu, Bakı Texniki Kollecinin tələbələrinin və rayonun bir qrup gəncinin iştirakı ilə Çəmşid Naxçıvanski adına Hərbi Liseyə ekskursiya təşkil olunmuşdur.
Ekskursiya zamanı iştirakçılar hərbi liseyin fəaliyyəti və infrastrukturu, o cümlədən Heydər Əliyev Muzeyi, Şəhidlər guşəsi , kursant yataxanası, idman zalı , üzgüçülük hovuzu, kursant yeməkxanası, klub və sıra meydanı ilə yaxından tanış oldular.
Şəhid Elvin Şükürlünün anası və Hərbi liseyin Məzun Şəhidləri Muzeyinin rəhəri Vəfa Elvin, İdeoloji iş və mənəvi, psixoloji təminat bölməsinin baş zabiti mayor Orxan Ağasoy, muzeyin bələdçisi Arzu Cəfərova ekskursiya iştirakçılarına liseylə bağlı ətraflı məlumat verdilər.
Cəmşid Naxçıvanski adına Hərbi Liseyin rəisi, Vətən Müharibəsi Qəhramanı,polkovnik Anar Mirzəyev ekskursiya iştirakçılarını qəbul edərək onlarla fikir mübadiləsi apardı. Nizami rayonu üzrə gənclər və idman sektorunun əməkdaşı Mənzər Rzayeva və Bakı Texniki Kollecinin gənclərin çağrışaqədərki hərbi hazırlıq rəhbəri Zaur Əliyev qəbula və xoş mübasibətə görə öz minnətdarlıqlarını bildirdilər .
Ekskursiya xatirə şəklinin çəkilməsi ilə başa çatdı.