"Konstitusiya və Suverenlik İli" çərçivəsində "Gənclərin hüquq və vəzifələri" mövzusunda konfrans keçirilmişdir.
09 aprel 2025-ci il tarixdə Nizami rayonu Bakı Texniki Kollecində Nizami Rayon İcra Hakimiyyəti,Bakı Şəhər Gənclər və İdman İdarəsi və Bakı Texniki Kollecinin birgə təşkilatçılığı ilə "Konstitusiya və Suverenlik İli" çərçivəsində "Gənclərin hüquq və vəzifələri" mövzusunda konfrans keçirilmişdir.Konfransda Nizami Rayon İcra Hakimiyyətinin ictimai,siyasi və humanitar məsələlər şöbəsinin müdiri Bəhmən Hüseynov,Nizami rayonu üzrə gəncələr və idman sektorunun əməkdaşı Valeh Əmrahov,kollecin direktor müavini Mələk Nağıyeva və "Qida təlükəsizliyi hərəkatı" nın sədri Məhsəti Hüseynova çıxış edərək,mövzu ilə bağlı öz fikirlərini bildirib,gənclərə ətraflı və maarifləndirici məlimat verdilər.Sonra konfrans diskussiya formasında davam etdi və yekunlaşdı.



