Bakı Texniki Kolleci
Bakı Texniki Kolleci
Facebook səhifəmiz
Faydalı
» *Xəbərlər » 07.03.2025-ci il tarixdə Bakı Texniki Kolleci Publik Hüquqi şəxsdə “8 mart – Beynəlxalq Qadınlar günü” münasibətilə tədbir həyata keçirilib.

07.03.2025-ci il tarixdə Bakı Texniki Kolleci Publik Hüquqi şəxsdə “8 mart – Beynəlxalq Qadınlar günü” münasibətilə tədbir həyata keçirilib.

07.03.2025-ci il tarixdə Bakı Texniki Kolleci Publik Hüquqi şəxsdə “8 mart – Beynəlxalq Qadınlar günü” münasibətilə tədbir həyata keçirilib. Tədbirdə kollecin direktoru prof. Akif Cahangirov, kollecin direktor müavinləri, şöbə müdirləri və əməkdaşları iştirak edirdilər. 
Tədbiri giriş sözü ilə açan kollecin Təlim-tərbiyə işləri üzrə direktor müavini Nağıyeva Mələk 8 Mart Beynəlxalq Qadınlar gününün tarixi barədə məlumat verdi, bildirdi ki, 104 il əvvəl Sosialist Qadınların Kopenhagendə keçirilən ikinci konfransında qəbul edib bu gün isə bu bayram dünyanın bir çox ölkələrində geniş qeyd olunur. Daha sonra kollecin əməkdaşı Aysel Əlizadə çıxış edərək qadınların ölkənin ictimai-siyasi həyatında fəal iştirak etdiklərini və cəmiyyət tərəfindən dəstəkləndiklərini qeyd edib.
Sonra çıxış edən şöbə müdiri Mirzəli Seyidzadə qeyd edib ki, biz qadınları özünəinamlı, güclü, professional, eyni zamanda, öz ocağının qoruyucusu kimi görmək istəyirik. Respublikanın birinci  Mehriban xanım, ailəsinə göstərdiyi qayğı, eyni zamanda, ictimai-siyasi fəaliyyəti, həm də elmi yaradıcılığı ilə Azərbaycan qadınlarına həmişə  örnəkdir.
Tədris işləri üzrə direktor müavini Calal Qardaşov qadınları təbrik edib. Ölkəmizdə qadınların uğur qazanması üçün hər cür şərait yaradıldığını qeyd edib. 
Kollecin direktoru prof. Akif Cahangirov bu günə qədər Azərbaycan qadının keçdiyi inkişaf yolundan danışıb.   Ötən əsrdə qadın hüquqlarının qazanılması və qorunması yolunda misilsiz uğurlar əldə etmiş Azərbaycan qadının bu gün artıq ölkəmizin ictimai-siyasi, iqtisadi, mədəni həyatının fəal iştirakçısı olmasından bəhs edib. Elm, təhsil, mədəniyyət, səhiyyə və digər sahələrdə qazandığı nailiyyətlər Azərbaycan qadınının çox böyük potensiala malik olduğunu bildirərək qadınları təbrik edib.
Sonda xatirə şəkli çəkilib və tədbir yekunlaşıb.


07.03.2025-ci il tarixdə Bakı Texniki Kolleci Publik Hüquqi şəxsdə “8 mart – Beynəlxalq Qadınlar günü” münasibətilə tədbir həyata keçirilib.