Bakı Texniki Kollecində Xocalı soyqırımının 33-cü ildönümünə həsr edilmiş anım tədbiri keçirildi.
Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Tələbələrin hazırladığı səhnələr, söylənilən şeirlər bu faciəni yenidən yaşatdı.










