Bakı Texniki Kolleci
Bakı Texniki Kolleci
Facebook səhifəmiz
Faydalı
» *Xəbərlər » Bakı Texniki Kollecində 2 Fevral-Azərbaycan Gəncləri Günü münasibəti ilə tədbir keçirilmişdir.

Bakı Texniki Kollecində 2 Fevral-Azərbaycan Gəncləri Günü münasibəti ilə tədbir keçirilmişdir.

31.01.2025-ci il tarixdə Nizami rayonu,Bakı Texniki Kollecində Bakı Şəhər Gənclər və İdman İdarəsinin və Bakı Texniki Kollecinin birgə təşkilatçılığıyla  2 Fevral-Azərbaycan Gəncləri Günü münasibəti ilə tədbir keçirilmişdir.Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.Sonra Ulu Öndər Heydər Əliyevin xatirəsi bir dəqiqəlil sükutla yad edildi.Bakı Texniki Kollecinin direktor müavinləri Mələk Nağıyeva,Cəlal Qardaşxanov,Nizami rayonu üzrə gənclər və idman sektorunun əməkdaşları Mənzər Rzayeva,Valeh Əmrahov və Qida Sənayesi Kollecinin tələbə gənclər təşkilatının sədir Ülvi Əliyev çıxış edərək,gəncləri təbrik edib,öz ürək sözlərini bildirdilər.Daha sonra Nizami rayonu,3 nömrəli Uşaq Gənclər İnkişaf Mərkəzinin məzunlarının ifalarında mahnılar və musiqi nömrələri səslənirildilər.Bayram əhval-ruhiyyəsində keçən tədbirin sonunda elm,təhsil və incəsən sahələrində fərqlənmiş bir qrup gəncə Bakı Şəhər Gənclər və İdman İdarəsinin təşəkkürnamə və hədiyyələri təqdim olunmuşdur.


Bakı Texniki Kollecində  2 Fevral-Azərbaycan Gəncləri Günü münasibəti ilə tədbir keçirilmişdir.