Bakı Texniki Kolleci
Bakı Texniki Kolleci
Facebook səhifəmiz
Faydalı
» *Xəbərlər » Bakı Texniki Kollecində Gələcək üçün uğurlu addımlar mövzusunda seminar təşkil olundu.

Bakı Texniki Kollecində Gələcək üçün uğurlu addımlar mövzusunda seminar təşkil olundu.

06.12.2024 tarixində FR School-un təşkilatçılığı ilə Bakı Texniki Kollecində “Gələcək üçün uğurlu addımlar: Rəqəmsal və İT Bacarıqları” mövzusunda seminar keçirildi. Tədbirdə FR School-un həmtəsisçilərindən Rasim Abdullayev tələbələrlə gələcəyin texnologiyaları və İT sahəsinin vacibliyi, proqramlaşdırma və süni intellektin inkişafdakı rolu, beynəlxalq sertifikat proqramlarının üstünlükləri barədə geniş məlumat paylaşdı.  
Eyni zamanda, tələbələrin üzləşdikləri problemlərin həlli yolları müzakirə edildi. Natiqlik bacarıqlarının inkişafı, hüquqi biliklərin əhəmiyyəti və maliyyə savadlılığının artırılması kimi mövzulara toxunuldu. Seminar tələbələrin fəal iştirakı ilə keçirilən maraqlı yarışla yekunlaşdı. Yarışın qalibləri olan ilk üç tələbə xüsusi hədiyyələrlə mükafatlandırıldı.



Bakı  Texniki  Kollecində  Gələcək  üçün  uğurlu  addımlar  mövzusunda seminar  təşkil  olundu.