Bakı Texniki Kolleci
Bakı Texniki Kolleci
Facebook səhifəmiz
Faydalı
» *Xəbərlər » Yaşıl dünya naminə “Təmiz oyunlar” beynəlxalq ekokönüllülük yarışı keçirilib.

Yaşıl dünya naminə “Təmiz oyunlar” beynəlxalq ekokönüllülük yarışı keçirilib.

09.09.2024-cü il tarixdə, Nizami rayonu, Ş.Mirzəyev-43, 47 ünvanında Bakı şəhər Gənclər və İdman İdarəsinin Nizami rayon Gənclər və İdman sektoru və Gənclərin Töhfəsi İctimai Birliyinin birgə təşkilatçılığı ilə Yaşıl dünya naminə “Təmiz oyunlar” beynəlxalq ekokönüllülük yarışı keçirilib. Yarışda 4 nəfərdən ibarət komandalar arasında təmizlik yarışı keçirilib. Ən çox ətraf mühit tullantısı toplayan komandalar 1-ci, 2-ci və 3-cü yer qalibləri müxtəlif qiymətli hədiyyələrlə təltif olunub. Digər iştirakçılar isə təşəkkürnamələr ilə təltif olunub. Nəzərinizə çatdıraq ki, bu istiqamətdə tədbirlər mütəmadi olaraq keçiriləcək. Tədbirdə 25 nəfər gənc və fəal gənc iştirak etmişdir. Bu tədbirdə Bakı Texniki Kollecinin tələbələri çox fəal iştirak etdilər.


Yaşıl dünya naminə “Təmiz oyunlar” beynəlxalq ekokönüllülük yarışı keçirilib.