Bakı Texniki Kolleci
Bakı Texniki Kolleci
Facebook səhifəmiz
Faydalı
» *Xəbərlər » Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının gəncləri “Heydər Əliyev İli” çərçivəsində “Şöhrət” muzeyində olublar.

Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının gəncləri “Heydər Əliyev İli” çərçivəsində “Şöhrət” muzeyində olublar.

Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının gəncləri “Heydər Əliyev İli” çərçivəsində Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) Heydər Əliyev adına Akademiyasında yerləşən “Şöhrət” muzeyində olublar.
Ziyarətçilər Ulu Öndər Heydər Əliyevin büstü önünə gül dəstələri qoyaraq, muzey eksponatları ilə tanış olublar.
Qeyd edək ki, Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasının “Şöhrət” muzeyi Ümummilli lider Heydər Əliyevin xatirəsini əbədiləşdirmək, həyat və fəaliyyətinin, nəsillərə örnək olan mənalı ömür yolunun və irsinin öyrənilməsini, gələcək nəsillərə çatdırılmasını, Azərbaycan gəncliyinin Heydər Əliyev amallarına sədaqət ruhunda tərbiyə olunmasını təmin etmək məqsədi ilə yaradılıb. Unikal məzmuna və nəfis tərtibata malik olan “Şöhrət” muzeyini, eləcə də Ümummilli lider Heydər Əliyevin muzey qarşısında ucaldılmış möhtəşəm abidəsini Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev 2006-cı il mart ayının 27-də Akademiyaya səfəri zamanı açıb.

Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının gəncləri “Heydər Əliyev İli” çərçivəsində “Şöhrət” muzeyində olublar.