Bakı Texniki Kolleci
Bakı Texniki Kolleci
Facebook səhifəmiz
Faydalı
» *Xəbərlər » 15.03.2023-cü il tarixdə Bakı Texniki Kollecində “Ən gözəl xonça” sərgisi təşkil olundu.

15.03.2023-cü il tarixdə Bakı Texniki Kollecində “Ən gözəl xonça” sərgisi təşkil olundu.

15.03.2023-cü il tarixdə Bakı Texniki Kollecində “Ən gözəl xonça” sərgisi təşkil olundu. Tədbiri giriş sözü ilə açan Bakı Texniki Kollecinin müdiri Akif Cahangirov təbiətin oyanış fəsli yazın müjdəçisi olan Novruz bayramının  tarixən insanlarımız tərəfindən birlik, mehribanlıq, qardaşlıq rəmzi kimi qarşılandığını, sevildiyini və böyük məhəbbətlə qeyd olunduğunu bildirdi. Milli varlığımızı və ulu babalarımızın mənəvi aləminin zənginliyini bütün incəlikləri ilə əks etdirən bu el bayramının əsrlərin sınağından çıxmış gözəl adət-ənənələri ilə bu gün də xalqımız tərəfindən sevilib və uca tutulduğunu qeyd etdi. Çıxışının sonunda Novruz bayramı münasibəti ilə həm kollektivi həm də tələbələri  ürəkdən təbrik edərək hər kəsə cansağlığı, səadət və işlərində böyük uğurlar arzuladı. 
Sonra çıxış edən Tərbiyə işləri üzrə direktor müavini Mələk Nağıyeva sərgi şəklində təşkil edilmiş müsabiqənin şərtləri barədə məlumat verdi. “Ən gözəl xonça” müsabiqəsinin qalibinin səs vermə yolu ilə seçiləcəyini bildirdi. Tədbir iştirakçılarına Novruz ovqatı, bahar əhvali-ruhiyyəsi, müsabiqənin iştirakçılarına isə müvəffəqiyyətlər arzu edərək çıxışını sonlandırdı.
Daha sonra sərgiyə baxış keçirildi. “Ən gözəl xonça” müsabiqəsinin qalibini seçmək üçün səsvermə təşkil edildi.

15.03.2023-cü il tarixdə Bakı Texniki Kollecində “Ən gözəl xonça” sərgisi təşkil olundu.