Bakı Texniki Kolleci
Bakı Texniki Kolleci
Facebook səhifəmiz
Faydalı
» *Xəbərlər » 2 dekabr 2022-ci il tarixində Belarusiya Dövlət Sənaye Tikinti Materialları Kolleci ilə Bakı Texniki Kolleci arasında “Gənclik və elm” adlı, müsabiqə tipli konfrans təşkil edilmişdir.

2 dekabr 2022-ci il tarixində Belarusiya Dövlət Sənaye Tikinti Materialları Kolleci ilə Bakı Texniki Kolleci arasında “Gənclik və elm” adlı, müsabiqə tipli konfrans təşkil edilmişdir.

2 dekabr 2022-ci il tarixində Belarusiya Dövlət Texniki Universitetinin filialı olan Belarusiya Dövlət Sənaye Tikinti Materialları Kolleci (BDSTMK) tərəfindən elmi-tədqiqat yönümlü “Gənclik və elm” adlı, müsabiqə tipli konfrans təşkil edilmişdir. Konfransda Belarusiya, Rossiya və Azərbaycanın ali-texniki və orta təhsil müəssisələrinin nümayəndələri arasında, qismən onlayn formada baş tutmuşdur. Müsabiqənin münsiflər heyəti kimi iştirak edən BDSTMK-nın müəllim heyyəti və AzTU-nun nəzdində Bakı Texniki Kollecinin müəllimi Elmira Qasımova təqdim edilən elmi işləri qiymətləndirmişlər.

   Konfransda bir çox elmi rəhbərlərin müxtəlif sahələrdə təklif etdikləri fikir və mülahizələr məruzəçilər tərəfindən iştirakçıların nəzərinə çatdırılmışdır. Bakı Texniki Kollecinin aşağıda adları qeyd edilən müəllimlərinin elmi işləri səsləndirilmişdir:

  1. Elmira Qasımova - elmi rəhbər, işin adı: “Robot texnikası” , məruzəçi  Elmira Qasımova (konfransda canlı olaraq iştirak etmişdir).
  2. Vüqar Məmmədov - elmi rəhbər, işin adı: “Elektromobillərin iş prinsipi” , məruzəçi  161-ci qrup tələbəsi  Şahverənli Rəsul (onlayn formada məruzə etmişdir).
  3.  Sveta Nəcəfova - elmi rəhbər, işin adı: “ Günəş enerjisi, məruzəçi 79-cu qrup tələbəsi Əhmədzadə İsmayıl.

Bakı Texniki Kollecinin nümayəndələrinin  konfransda toxunduğu mövzular müasir, günün tələbləri ilə ayaqlaşan, elmi-texniki sahədə  tərəqqi yarada biləcək işlərdir. Bu elmi işlərin aktuallığı münsiflər heyəti tərəfindən də yüksək qiymətləndirilmişdir. Beləki, Elmira Qasımova və Vüqar Məmmədov  təşəkkürnamə ilə təltif edilmişlər. Sveta Nəcəfovanın  elmi-rəhbəri olduğu işin məruzəçisi  İsmayıl Əhmədzadə 2-ci dərəcəli diploma, Vüqar Məmmədovun elmi-rəhbəri olduğu iş isə 3-cü dərəcəli diploma layiq görülmüşdür.

                     Uğurlarımız davamlı olsun !


2 dekabr 2022-ci il tarixində Belarusiya Dövlət Sənaye Tikinti Materialları Kolleci ilə Bakı Texniki Kolleci arasında “Gənclik və elm” adlı, müsabiqə tipli konfrans təşkil edilmişdir.