YAP Nizami rayon təşkilatının təşəbbüsü ilə Bakı Texniki Kollecinin “Heydər Əliyev” adına muzeyində kollecin gənc əməkdaşları ilə görüş keçirildi.
YAP Nizami rayon təşkilatının təşəbbüsü ilə Azərbaycan Texniki Universitetinin nəzdində Bakı Texniki Kollecinin “Heydər Əliyev” adına muzeyində kollecin gənc əməkdaşları ilə görüş keçirildi.
Görüşdə YAP Nizami rayon təşkilatının məsləhətçisi Aytac Məhərrəmli, Bakı Texniki Kollecinin əməkdaşı, YAP Nizami Rayon təşkilatının “Qara Qarayev prospekti, 2b” ərazi təşkilatının sədr müavini Aysel Əlizadə və kollecin işçiləri iştirak edirdilər.
Görüşü giriş sözü ilə açan YAP Nizami Rayon təşkilatının “Qara Qarayev prospekti, 2b” ərazi təşkilatının sədr müavini Aysel Əlizadə ölkəmizdə həyata keçirilən uğurlu gənclər siyasətindən bəhs etdi. Bu gün gənclərin uğur qazanması üçün hər cür şəraitin yaradıldığını, gəncliyin inkişafı ilə bağlı vacib tədbirlərin həyata keçirildiyini, gənclərin yüksək təhsil alması, öz bilik və bacarıqlarını, potensiallarını nümayiş etdirmələri üçün müvafiq addımlar atıldığını bildirdi.
Daha sonra çıxış edən YAP Nizami rayon təşkilatının məsləhətçisi Aytac Məhərrəmli Yeni Azərbaycan Partiyasının məsuliyyətli və şərəfli tarixi yoldan keçdiyini, hər zaman xalqın xidmətində dayandığını dedi. Kollecin gənc əməkdaşlarını partiyanın üzvləri sırasına qoşulmağa dəvət etdi.
Sonda xatirə şəkli çəkildi və görüş yekunlaşdı.