Bakı Texniki Kolleci
Bakı Texniki Kolleci
Facebook səhifəmiz
Faydalı
» *Xəbərlər » Oktyabrın 31-də Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatı partiyanın yaradılmasının 30-cu ildönümü münasibətilə tədbir keçirib.

Oktyabrın 31-də Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatı partiyanın yaradılmasının 30-cu ildönümü münasibətilə tədbir keçirib.

Oktyabrın 31-də Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatı partiyanın yaradılmasının 30-cu ildönümü münasibətilə tədbir keçirib.
Tədbirdən öncə Nizami rayonunda birinci Qarabağ və Vətən müharibəsi şəhidlərinin xatirəsinə ucaldılan abidə və Memorial Kompleks, SOCAR-ın Heydər Əliyev adına Neft Emalı Zavodunda dahi şəxsiyyətin əziz xatirəsinə ucaldılmış abidəsi ziyarət olunub, əklil, gül dəstələri qoyularaq ehtiramla yad edilib.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin  səsləndirilməsi və Yeni Azərbaycan Partiyasının yaradıcısı müasir, müstəqil Azərbaycan Respublikasının banisi Ulu Öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü, suverenliyi naminə canını qurban vermiş şəhidlərimizin  əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. 
Sonra Yeni Azərbaycan Partiyasının 30 illik fəaliyyətində bəhs edən video-çarx nümayiş etdirildi və partiya üzvlərinin çıxışları dinlənildi. Çıxışlardan sonra mükafatlandırma mərasimi olub. Tədbirə bədii hissə ilə yekun vurulub. Bu tədbirdə Bakı Texniki Kollecinin müəllimləri də iştirak etdilər.

Oktyabrın 31-də Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatı partiyanın yaradılmasının 30-cu ildönümü münasibətilə tədbir keçirib.