Bakı Texniki Kolleci
Bakı Texniki Kolleci
Facebook səhifəmiz
Faydalı
» *Xəbərlər » 25.10.2022-ci il tarixində Yeni Azərbaycan Partiyasının yaranmasının 30-cu ildönümü münasibətilə Bakı Texniki Kollecində tədbir həyata keçirildi.

25.10.2022-ci il tarixində Yeni Azərbaycan Partiyasının yaranmasının 30-cu ildönümü münasibətilə Bakı Texniki Kollecində tədbir həyata keçirildi.

25.10.2022-ci il tarixində Yeni Azərbaycan Partiyasının yaranmasının 30-cu ildönümü münasibətilə Bakı Texniki Kollecində tədbir həyata keçirildi. Tədbirdə YAP Nizami rayon təşkilatının məsləhətçisi Səlimova Selcan, Bakı Texniki Kollecinin tərbiyə işləri üzrə direktor müavini, YAP Nizami Rayon təşkilatının “Qara Qarayev prospekti, 2b” təşkilatının sədri Nağıyeva Mələk və kollecin əməkdaşları iştirak edirdilər.Tədbiri giriş sözü ilə açan YAP Nizami Rayon təşkilatının məsləhətçisi Səlimova Selcan Yeni Azərbaycan Partiyasının 30 il ərzində olduqca şərəfli və məsuliyyətli yol qət etdiyini, öz siyasi xətti və fəaliyyəti ilə xalqın partiyasına çevrildiyini diqqətə çatdırdı.
     YAP Nizami Rayon təşkilatının “Qara Qarayev prospekti, 2b” təşkilatının sədri Nağıyeva Mələk çıxış edərək ümummilli liderimiz Heydər Əliyevin ideyaları, uzaqgörənliyi və qətiyyəti nəticəsində yaradılan YAP-ın 30 illik tarixi zəngin və şərəfli inkişaf yolu olduğunu vurğuladı.
Daha sonra partiyanın və rayon təşkilatının ictimai-siyasi həyatında fəal iştirakına görə bir qrup müəllim Fəxri Fərmanla təltif edildi.


25.10.2022-ci il tarixində Yeni Azərbaycan Partiyasının yaranmasının 30-cu ildönümü münasibətilə Bakı Texniki Kollecində tədbir həyata keçirildi.