Bakı Texniki Kolleci
Bakı Texniki Kolleci
Facebook səhifəmiz
Faydalı
» *Xəbərlər » “Heydər Əliyev Mərkəzi”nə ekskursiya təşkil edilmişdir.

“Heydər Əliyev Mərkəzi”nə ekskursiya təşkil edilmişdir.

YAP Nizami rayon təşkilatının və Bakı Texniki Kollecinin birgə təşkilatçılığı ilə Yeni Azərbaycan Partiyasının yaranmasının 30-cu ildönümü münasibətilə “Heydər Əliyev Mərkəzi”nə ekskursiya təşkil edilib. Ekskursiyada YAP Nizami rayon təşkilatının əməkdaşı Aytac Məhərrəmli, Bakı Texniki Kollecinin əməkdaşı, YAP Nizami Rayon təşkilatının “Qara Qarayev prospekti, 2b” ərazi təşkilatının sədr müavini Aysel Əlizadə, kollecin müəllim və tələbələri iştirak ediblər. Ekskursiya çərçivəsində iştirakçılara mərkəz tərəfindən ətraflı məlumat verilib və onlar Heydər Əliyev Mərkəzini, burada fəaliyyət göstərən Heydər Əliyev Muzeyini ziyarət ediblər. Həmçinin onlar dahi rəhbərin zəngin və mənalı ömür yolunu əks etdirən eksponatlar, ulu öndərin siyasi irsini təbliğ edən əyani vəsaitlərlə tanış olublar. Ekskursiyanın sonunda xatirə fotosu çəkdirilib.


“Heydər Əliyev Mərkəzi”nə ekskursiya təşkil edilmişdir.