Bakı Texniki Kolleci
Bakı Texniki Kolleci
Facebook səhifəmiz
Faydalı
» *Şöbələr » Qiyabi şöbəsi üzrə ixtisaslar

Qiyabi şöbəsi üzrə ixtisaslar

“Qiaybi”  şöbəsində aşağıdakı ixtisaslar  var.


“040536 –Qaldırıcı-nəqliyyat, tikinti maşın və avadanlıqlarının texniki istismarı” 
“040537-Qaynaq istehsalının metallurgiyası, texnologiyası və avadanlığı”
040558-Sənaye avadanlıqlarının quraşdırılması və texniki istismarı”
040406-Mühasibat Uçotu”
040552  “Nəqliyyatın logistikası”
040550 “Nəqliyyat vasitələrinin texniki istismarı”



“040536 –Qaldırıcı-nəqliyyat, tikinti maşın və avadanlıqlarının texniki istismarı”   xüsusi təyinatlı nəqliyyat müəssisələrində, inşaat-tikinti sahələrində, tikinti-quraşdırma işlərində , yükləmə-boşaltma işləri, mexanikləşdirilmiş iri logistik anbarlarda , müxtəlif istehsalat- sənaye müəssisələrində ,qaldırcı-nəqliyyat, tikinti  maşınları üzrə texnoparklarda (quraşdırıcı maşın və avadanlığın diaqnostikası üzrə texnik, təmir və texniki xidmət işləri üzrə texnik, dispetçer, əməliyyatçı kimi) işləyə bilər.


“040537-Qaynaq istehsalının metallurgiyası, texnologiyası və avadanlığı”  ixtisasını bitirən məzun qaynaq işləri aparılan bütün müəssisələrdə və sahələrdə ,tikinti-quraşdırma işləri aparılan özəl və dövlət şirkətlərində, maşınqayırma zavodlarında, metallurgiya sahəsində ,metal konstruksiya quraşdırma sexlərində, metal tökmə sahəsində, polad əritmə zavodlarında və sexlərində, aqroservislərdə kiçik mütəxəssis (iş icraçısı, usta, baş usta, elektrik qaynaqçısı, qaz qaynaqçısı, əməliyyatçı ,1-6-cı dərəcəli qaynaqçı və s.) kimi işləyə bilər.


“040558-Sənaye avadanlıqlarının quraşdırılması və texniki istismarı”
ixtisasını bitirən məzun sənaye müəssisələrində, o cümlədən fabric və zavodlarda və müxtəlif istehsalat müəssisələrində, texnoparklarda, maşınqayırma zavodlarında kiçik mütəxəssis (quraşdırıcı, sazlayıcı, tornarçı, çilingər,freezer, əməliyyatçı, texnik, dispetçet, iş icraçısı,usta, sahə rəisi və s.) kimi işləyə bilər.


“040406 –Mühasibat Uçotu” ixtisası üzrəTəhsil Proqramının məzunları mülkiyyət formasından vətabeliyindənasılı olmayaraq peşəsinəvəixtisas dərəcəsinəuyğun gələn istehsal sahələri, təşkilatlar, idarələr, müəssisələr, birliklərdəvəs. Sferalardaiqtisadçı, mühasib, maliyyəmeneceri, əməliyyatçı, konsaltinqvəs. Peşələrdəişləyəbilərlər. 


040552  “Nəqliyyatın logistikası”  ixtisasını bitirən məzun logistik mərkəzlərdə və anbarlarda  nəqliyyat müəssisələrində və təsərrüfatlarında , yükləmə-boşaltma və nəqliyyat terminallarında, nəqliyyat agentliklərində, nəqliyyat ekspedisiyası müəssisələrində, avtovağzal və avtostansiyalarda, siğorta şirkətlərində, və agentliklərində, nəqliyyatın intellektual idarəetmə mərkəzlərində, nəqliyyat sahəsi üzrə texnoparklarda, mərkəzi dispetçer stansiyalarında , ayrı-ayrı qurumların  nəqliyyat birliklərində, reklam agentliklərində, nəqliyyat biznesi sahələrində, aqroservislərdə kiçik mütəxəssis kimi (növbə rəisi, dispetçer, baş dispetçer, texnik, əməliyyatçı, təhlükəsizlik xidməti rəhbəri, ekspeditor, logistik-menecer, satış üzrə menecer, siğorta agenti, reklamçı, anbar rəisi, nəqliyyat koordinatoru və.s)  işləyə bilər.


040550 “Nəqliyyat vasitələrinin texniki istismarı” ixtisasını bitirən məzun nəqliyyat müəssisələrində və təsərrüfatlarında, nəqliyyat vasitələrinin texniki xidmət və təmir stansiyalarında , nəqliyyat servislərində, nəqliyyat vasitələrinin texniki baxış və diaqnostika  mərkəzlərində, nəqliyyat agentliklərində, nəqliyyat sahəsi üzrə   texnoparklarda, ayrı-ayrı qurumların nəqliyyat birliklərində, kənd təsərrüfatı texnikası üzrə aqrolizinqlərdə kiçik mütəxəssis kimi (texnik, növbə rəisi,dispetçer, iş icraçısı, əməliyyatçı, usta, sahə rəisi, ehtiyat hissələri anbarı rəisi və. s) işləyə bilər.