Nəqliyyat və logistika şöbəsi üzrə ixtisaslar
“Nəqliyyat və logistika” şöbəsində aşağıdakı ixtisaslar var.
040552 “Nəqliyyatın logistikası”
040551 “Nəqliyyatda avtomatika, telemexanika”
040550 “Nəqliyyat vasitələrinin texniki istismarı”
040536 –Qaldırıcı-nəqliyyat, tikinti maşın və avadanlıqlarının texniki istismarı”
040552 “Nəqliyyatın logistikası” ixtisasını bitirən məzun logistik mərkəzlərdə və anbarlarda nəqliyyat müəssisələrində və təsərrüfatlarında , yükləmə-boşaltma və nəqliyyat terminallarında, nəqliyyat agentliklərində, nəqliyyat ekspedisiyası müəssisələrində, avtovağzal və avtostansiyalarda, siğorta şirkətlərində, və agentliklərində, nəqliyyatın intellektual idarəetmə mərkəzlərində, nəqliyyat sahəsi üzrə texnoparklarda, mərkəzi dispetçer stansiyalarında , ayrı-ayrı qurumların nəqliyyat birliklərində, reklam agentliklərində, nəqliyyat biznesi sahələrində, aqroservislərdə kiçik mütəxəssis kimi (növbə rəisi, dispetçer, baş dispetçer, texnik, əməliyyatçı, təhlükəsizlik xidməti rəhbəri, ekspeditor, logistik-menecer, satış üzrə menecer, siğorta agenti, reklamçı, anbar rəisi, nəqliyyat koordinatoru və.s) işləyə bilər
040551 “Nəqliyyatda avtomatika, telemexanika” (nəqliyyat növləri üzrə) ixtisasını bitirən məzun nəqliyyatın intellektual idarəetmə mərkəzlərində, hərəkətin təşkili, idarə olunması və təhlükəsizliyi sahəsində, müxtəlif nəqliyyat müəssisələrində və təsərrüfatlarında, nəqliyyat terminallarında, nəqliyyat agentliklərində, avtovağzal və avtostansiyalarda, nəqliyyat sahəsi üzrə texnoparklarda,mərkəzi dispetçer stansiyalarında ayrı-ayrı qurumların nəqliyyat birliklərində, nəqliyyat biznesi sahələrində kiçik mütəxəssis kimi (dispetçer, baş dispetçer, əməliyyatçı, nəqliyyat koordinatoru, hərəkətin təşkili və idarə olunması üzrə texnik və s) işləyə bilər
040550 “Nəqliyyat vasitələrinin texniki istismarı” ixtisasını bitirən məzun nəqliyyat müəssisələrində və təsərrüfatlarında, nəqliyyat vasitələrinin texniki xidmət və təmir stansiyalarında , nəqliyyat servislərində, nəqliyyat vasitələrinin texniki baxış və diaqnostika mərkəzlərində, nəqliyyat agentliklərində, nəqliyyat sahəsi üzrə texnoparklarda, ayrı-ayrı qurumların nəqliyyat birliklərində, kənd təsərrüfatı texnikası üzrə aqrolizinqlərdə kiçik mütəxəssis kimi (texnik, növbə rəisi,dispetçer, iş icraçısı, əməliyyatçı, usta, sahə rəisi, ehtiyat hissələri anbarı rəisi və. s) işləyə bilər.
040536 –Qaldırıcı-nəqliyyat, tikinti maşın və avadanlıqlarının texniki istismarı” xüsusi təyinatlı nəqliyyat müəssisələrində, inşaat-tikinti sahələrində, tikinti-quraşdırma işlərində , yükləmə-boşaltma işləri, mexanikləşdirilmiş iri logistik anbarlarda , müxtəlif istehsalat- sənaye müəssisələrində ,qaldırcı-nəqliyyat, tikinti maşınları üzrə texnoparklarda (quraşdırıcı maşın və avadanlığın diaqnostikası üzrə texnik, təmir və texniki xidmət işləri üzrə texnik, dispetçer, əməliyyatçı kimi) işləyə bilər.