Bakı Texniki Kolleci
Bakı Texniki Kolleci
Facebook səhifəmiz
Faydalı
» *Xəbərlər » Bakı Texniki Kollecinin tələbəsi Ədilzadə Rəşadın"Regional təhlükəsizliyə töhvə verən səfər" adlı məqaləsi

Bakı Texniki Kollecinin tələbəsi Ədilzadə Rəşadın"Regional təhlükəsizliyə töhvə verən səfər" adlı məqaləsi



             Regional təhlükəsizliyə töhvə verən səfər

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Özbəkistana dövlət səfəri ikitərəfli və çoxşaxəli münasibətlərin genişləndirlməsində olduqca önəmli rola malikdir. Dünya düzənində, xüsusilə də Cənubi Qafqazda və Avrasiyada yeni beynəlxalq nizamın yaranması ərəfəsində reallaşan bu səfər xüsusi diqqət çəkir.

Səfər çərçivəsində iki dost, qardaş və tərəfdaş ölkə arasında gələcək qarşılıqlı fəaliyyətin müxtəlif aspektləri üzrə imzalanmış sənədlər yeni reallıqlardan xəbər verir. Bu səfərdə strateji yol xəritəsi müəyyənləşdirildi, qarşılıqlı fəaliyyətin parametrləri cızıldı. Biznes əlaqələrinin qurulması, təhlükəsizlik, müdafiə qabiliyyəti ilə bağlı məsələlər, xarici siyasətlə bağlı təşəbbüslər, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıqla bağlı geniş müzakirələrin aparılması səfər proqramının əsasını təşkil edirdi.

Azərbaycan-Özbəkistan əməkdaşlığının genişləndirilməsi Türk dünyasında inteqrasiyanın sürətləndirilməsin və münasibətlərin genişləndirlməsi baxımından çox faydalıdır. Hər iki ölkə Türk dünyasında mühüm nüfuza və söz sahibinə malikdir, geniş təsir inkanları var. Bu baxımdan iki ölkənin münasibətləri Türk dünyasının geoiqtisadi təşkilatlanmasında da çox əhəmiyyətlidir. Eyni zamanda bu səfər çərçivəsində imzalanmış sənədlər Türk dünyası üçün yeni perspektivlərin yaranması deməkdir. 

Azərbaycan Prezidentinin tarixi səfəri regional əməkdaşlıq üçün strateji əhəmiyyət daşıyır. Cənab Prezidentimizin dediyi kimi “ Bu səfər həqiqətən tarixi səfərdir. Biz münasibətlərimizin gələcək hərtərəfli inkişafının əsasını qoyuruq”.

Özbəkistan Prezidentinin “Azərbaycan bizim üçün yaxın dost və zamanın sınağından çıxmış etibarlı strateji tərəfdaşdır” sözləri isə iki dost ölkələnin münasibətlərinin ən bariz göstəricisidir.

Azərbaycan-Özbəkistan strateji əməkdaşlığı keyfiyyətcə yeni mərhələyə qədəm qoyub və münasibətlərin inkişafı regional təhlükəsizliyə öz töhvələrini verəcəkdir.

 

Rəşad Ədilzadə

Bakı Texniki Kollecin tələbəsi