Bakı Texniki Kolleci
Bakı Texniki Kolleci
Facebook səhifəmiz
Faydalı
» *Xəbərlər » Azərbaycan enerji siyasətinin növbəti uğuru

Azərbaycan enerji siyasətinin növbəti uğuru

Azərbaycan enerji siyasətinin növbəti uğuru

Bakı Enerji Həftəsi neft-qaz və enerji sektorunda keçirilən ən nüfuzlu beynəlxalq tədbirlərdən biridir.

Tədbirin Bakıda keçirilməsi özlüyündə bir sıra tarixi reallıqların təcəssümündən xəbər verir. Belə ki, Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın xüsusi rolu vardır.

Bakı Enerji Həftəsi çərçivəsində iyun ayının 1-də 27-ci Beynəlxalq Xəzər Neft  və Qaz Sərgisinin rəsmi açılışı olmuşdur. Tədbirdə Azərbaycan  Prezidenti cənab İlham Əliyev çıxış etmişdir. Möhtəşəm Prezidentimiz Azərbaycan enerji siyasəti  və qarşıda duran  əsas hədəflər barəsində iştirakçılara geniş məlumatlar vermişdir.

Azərbaycan müstəqillik illərində öz enerji təhlükəsizliyinə daxili sərmaye yetirmiş, daxili bazarda tələbatı tam təmin etmiş və bir sıra xarici ölkələrin enerji təhlükəsizliyində mühüm rol oynamağa başlamışdır.

Bakı-Supsa, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum Bakı-Tbilisi-Qars boru kəmərləri istifadəyə verilmiş, enerji təhlükəsizliyində Azərbaycanın nüfuzu və mövqeyi artmağa başlamışdır.

TANAP və TAP qaz boru kəmərlərinin istifadəyə verilməsi bu nüfuzu və gücü daha da artırmışdır.

Azərbaycanın enerji layihələri içərisində “Cənub qaz dəhlizi”nin reallaşmasının xüsusi çəkisi vardır.

Bu layihələrin reallaşması Azərbaycanın təkcə regionda deyil, ondan kənarda da söz sahibinə çevirmişdir.

Azərbaycan qaz ehtiyatları baxımından da münasib regionlardan biri sayılır. Burada zəngin qaz ehtiyatlarının  mövcudluğu  əsrin ortalarında  Azərbaycan   qaz sənayesinin və vahid qaz, şəbəkəsinin  yaranmasına   səbəb olmuşdur. Artıq Azərbaycan qaz ixrac edən ölkəyə çevrilmişdir. Azərbaycan  qazına olan tələbat sürətlə artmaqdadır.

Azərbaycan həm də etibarlı tərəfdaşdır, öz öhdəliklərinə hörmət edir və tərəfdaşlarından da öz öhdəliklərinə  hörmət etməyi gözləyir.

Bu gün  Azərbaycan digər ölkələr üçün  vacib tranzit imkanlarını  təqdim edir. Azərbaycan  qitələri   birləşdirən nəqliyyat  və logistika  layihələrini  vaxtında icra etməklə bu gün  tranzit imkanları baxımından Avrasiyada ən həlledici  söz sahibi olan ölkələrdən biri kimi çıxış etməyə başlayıb.

Azərbaycan  həm də zəruri infrastruktura  malikdir. Dəniz limanı, bütün istiqamətlərdə bizi birləşdirən dəmir yolu avtomobil yolları  və hava limanları  mövcuddur.

Bakı Enerji Həftəsi ölkəmizin artan nüfuzunun göstəricisi olmaqla həm  də neft-qaz  və enerji sahəsində böyük potensiala malik olduğunu bir daha göstərir. Bu eyni zamanda Azərbaycanın gücündən, artan qüdrətindən xəbər verir.

Azərbaycanın əldə etdiyi bütün uğurlarda Prezident İlham Əliyevin müstəsna xidmətləri və qətiyyəti dayanır.

Azərbaycan xalqı öz prezidentini çox sevir. O,məhz lideri olduğu çox millətli və çox konfessiyalı Azərbaycan dövlətinin milli maraqlarından irəli gələn müstəqil siyasətin müəllifidir. Həmin siyasətin təntənəsi Azərbaycanın siyasi sabitliyində, iqtisadi gücündə, sosial rifahında, uğurlu xarici siyasətində, xüsusilə də tarix yazan güclü ordusunda öz təsdiqini tapır.

Bakı Texniki Kollecinin tərbiyə işləri üzrə direktor müavini:             M.Nağıyeva