Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının əməkdaşlarının Bakı Texniki Kollecinin tələbələri ilə görüşü keçirildi.
Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının Bakı Texniki Kollecində gənclərlə görüş keçirilib. Görüşdə YAP Nizami rayon təşkilatının sədr müavini Rəşadət Xalıqov, rayon təşkilatının məsləhətçisi Selcan Novruzova, ƏPT sədri, Bakı Texniki Kollecinin direktoru prof. Akif Cahangirov və kollecin direktor müavinləri, gənc müəllimləri və sinif nümayəndələri iştirak etdilər. Görüşdə perspektiv planlar, görüləcək işlər, layihələr haqqında fikir mübadiləsi aparıblar.