Bakı Texniki Kolleci
Bakı Texniki Kolleci
Facebook səhifəmiz
Faydalı
» *Xəbərlər » AzTu-nun nəzdində Bakı Texniki Kollecinin direktoru prof. Akif Cahangirovun "Novruz Bayramı” münasiəti ilə təbriki.

AzTu-nun nəzdində Bakı Texniki Kollecinin direktoru prof. Akif Cahangirovun "Novruz Bayramı” münasiəti ilə təbriki.

AzTu-nun nəzdində Bakı Texniki Kollecinin direktoru prof. Akif Cahangirovun "Novruz Bayramı” münasiəti ilə təbriki.

"Əziz tələbələr, hörmətli müəllimlər və əməkdaşlar!
Hər birinizi qarşıdan gələn baharın rəmzi olan “Novruz bayramı” münasibəti ilə səmimi qəlbdən təbrik edirəm. Bahar ətirli bu müqəddəs və əziz günlərdə Sizlərə xoşbəxtlik, möhkəm can sağlığı arzu edirəm. Novruz bayramı süfrənizə ruzi, qəlbinizə bahar təravətli xoş hisslər gətirsin. Allah  ölkəmizə və bütün xalqımıza əmin-amanlıq, bütün xəstələrimizə, qazilərimizə şəfa versin. Kədər-qəm qapınızdan uzaq olsun, həmişə sevinclə dolu günlər keçirəsiniz. Bütün arzu və ümidləriniz gerçək olsun. Həmişə əzizlərinizlə bir-birindən gözəl, bahar ətirli, bərəkətli  günlər keçirəsiniz. Bu əziz bayram günlərində həmişə şad xəbərlər eşidək. Bir daha bayramınız mübarək  olsun!
Dərin hörmət və ehtiramla Bakı Texniki Kollecinin direktoru prof. Akif Cahangirov.