AzTU-nun nəzdində Bakı Texniki Kollecinə qəbul olunmuş abituriyentlərin nəzərinə.
AzTU-nun nəzdində Bakı Texniki Kollecinə qəbul olunmuş abituriyentlərin nəzərinə.
2023/ 2024–cü tədris ilində AzTU –nun nəzdində Bakı Texniki Kollecinə qəbul olunmuş abituriyentlər ilk olaraq “portal.edu.az” saytında qeydiyyatdan keçməlidir. Bunun üçün əsas səhifəyə daxil olaraq “Qeydiyyat” düyməsini sıxıb “Ali və orta ixtisas təhsil müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçib, “Müraciət et”düyməsini sıxmaqla tələb olunan məlumatları daxil etməlidir.
Qeyd: “portal.edu.az” saytında qeydiyyatdan keçməyən abituriyentlər DİM tərəfindən orta ixtisas məktəbinə qəbul olunmamış şəxs hesab ediləcək və barəsində qəbul əmri verilməyəcək.
AzTU-nun nəzdində Bakı Texniki kollecinə dövlət sifarişi və ödənişli əsaslarla qəbul olan abituriyentlərin “portal.edu.az” saytında qeydiyyatı üçün tələb olunan əlavə sənədlər:
Təhsil haqları dövlət vəsaiti hesabına ödəniləcək abituriyentlər üçün tələb olunan sənədlər (imtiyazın şamil olunması üçün müvafiq sənədlər (Surəti)):
Məcburi köçkünlər:
a) Abituriyentlərin məcburi köçkün vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surəti;
b) Valideyinlərin məcburi köçkün vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surəti;
c) Abituriyentin şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surəti;
Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş və Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və məhkəmə tərəfindən ölmüş elan edilən vətəndaşların uşaqları.
a) Valideynin Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olmasını,əlil olmasını,hərbi əməliyyatla əlaqədar itkin düşməsini və məhkəmə tərəfindən ölmüş elan edilməsini təsdiq edən sənədin notarial qaydada təsdiq edilmiş surəti;
b) Abituriyentin doğum haqqında şəhadətnaməsinin notarial qaydada təsdiq edilmiş surəti;
c) Abituriyentin şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surəti;
Şəhid ailəsi statusunun almış ailənin üzvləri.
a)Valideyinin şəhid olmasını təsdiq edən sənədin notarial qaydada təsdiq edilmiş surəti;
b) Abituriyentin doğum haqqında şəhadətnaməsinin notarial qaydada təsdiq edilmiş surəti;
c) Abituriyentin şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surəti;
“Valideynlərini itirmiş və valideyn himayəsindən mərhum olmuş uşaqların sosial müdafiə haqqında” 22 iyun 1999 –cu il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən hər iki valideyni vəfat etmiş, hər iki valideynin himayəsindən mərhum olmuş və ya bir valideyini vəfat etmiş digər valideyini isə I və II qrup əlil olan 23 yaşınadək şəxslər təhsil müddəti ərzində təhsil haqqından azad edilirlər.
Bu kateqoriyalardan olanlar üçün tələb olunan sənədlər:
a) Valideynlərinin himayəsindən mərhum olmasını təsdiq edən sənədin scan edilmiş surəti;
b) Valideynlərinin vəfat etdiyini təsdiq edən sənədin notarial qaydada təsdiq edilmiş surəti;
c) Valideynin biri vəfat edib,digər valideyni I və ya II qrup əlildirsə: vəfat etmiş valideynin vəfat etdiyini təsdiq edən sənədin notarial qaydada təsdiq edilmiş surəti; digər valideynin isə əlilliyini təsdiq edən sənədin notarial qaydada təsdiq edilmiş surəti;
d) Abituriyentin doğum haqqında şəhadətnaməsinin notarial qaydada təsdiq edilmiş surəti;
e) Abituriyentin şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surəti;
Sağlamlıq imkanları məhdud 18 yaşadək şəxslər, I və II qrup əlillər.
a) Abituriyentin şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surəti;
b) Abituriyentin əlilliyini təsdiq edən sənədin notarial qaydada təsdiq edilmiş surəti;
Abituriyentlərin orta ixtisas müəsissələrinə tanışlıq üçün dəvət olunduqda təqdim edəcəyi sənədlər:
Attestat
Şəxsiyyət vəsiqəsi (surəti).
Ağ fonda 3 x 4 ölçüdə fotoşəkil 6 ədəd
Əlaqə nömrəsi:
055 - 761 - 04 - 37
012 - 421 - 07 - 98
Yüklə-> Rekvizit
