Bakı Texniki Kolleci
Bakı Texniki Kolleci
Facebook səhifəmiz
Faydalı
» *Xəbərlər » Bakı Texniki Kollecinin Tərbiyə İşləri Üzrə Direktor Müavini Mələk Nağıyevanın 60 illiyi qeyd olundu

Bakı Texniki Kollecinin Tərbiyə İşləri Üzrə Direktor Müavini Mələk Nağıyevanın 60 illiyi qeyd olundu

   Azərbaycan Texniki Universitetinin nəzdində Bakı Texniki Kollecinin tərbiyə işləri üzrə direktor müavini Nağıyeva Mələk Ələkbər qızı 2006-cı ildən etibarən Bakı Texniki Kollecində pedaqoji fəaliyyətini davam etdirmiş və həmin ildən 2020-ci ilədək "Dil və ədəbiyyat" fənn birləşməsinin sədri olmuşdur. 2020-ci ilin dekabr ayından isə tərbiyə işləri üzrə direktor müavini kimi fəaliyyət göstərir.
   Nağıyeva Mələk Ələkbər qızı əmək fəaliyyəti dövründə özünü savadlı müəllim, bacarıqlı tehsil işçisi kimi göstərmişdir. O, kollecin və rayonun ictimai həyatında daim fəal iştirak edir. Kollecin Yeni Azərbaycan Partiyası ilk partiya təşkilatının sədri və siyasi rəhbəridir.
   Nağıyeva Mələk Ələkbər qızı göstərdiyi fəaliyyətə görə 2015-ci ildə "Azərbaycan Respublikası Qabaqcıl Təhsil İşçisi döş nişanı ilə təltif edilmişdir. Bu gün onun yubileyidir. Bütün kollektiv Mələk müəlliməni təbrik edir.

Bakı Texniki Kollecinin Tərbiyə İşləri Üzrə Direktor Müavini  Mələk Nağıyevanın 60 illiyi qeyd olundu