Azərbaycan İdman Könüllüləri ictimai birliyinin Bakı Texniki Kollecinin könüllüləri ilə tanışlıq məqsədilə görüş təşkil edilmişdir.
Azərbaycan İdman Könüllüləri ictimai birliyinin Bakı Texniki Kollecinin könüllüləri ilə tanışlıq məqsədilə görüş təşkil edilmişdir.
Görüşdə Azərbaycan İdman Könüllüləri İctimai Birliyinin Təhsil müəssisələri ilə iş departamentinin rəhbəri Tamerlan Abbasov, Orta ixtisas müəssisələri ilə iş şöbəsinin rəhbəri Gülnar Zeynalzadə və Bakı Texniki Kollecinin İdman Könüllüləri Klubunun sədri İlqar Zərbəliyev iştirak etmişdir.
Görüşdə "Azərbaycan İdman Könüllüləri" ictimai birliyi və mart ayında görüləcək işlər haqqında ümumi məlumat verildi. Könüllülərlə tanışlıq mərhələsində onların irad və təklifləri nəzərə alındı.
Sonda isə Azərbaycan İdman Könüllüləri İctimai Birliyinin Orta ixtisas müəssisələri ilə iş şöbəsinin rəhbəri Gülnar Zeynalzadə Fevral ayı üçün Bakı Texniki Kollecinin ən aktiv tələbəsinin bütün könüllü tələbələrin olduğunu qeyd etdi.
Əziz tələbələr ! Hər dəfə sizin xoş soragınızı aldıqda biz cox sevinirik. Sizin fərqlənməyiniz intizamınız bizim ücün böyük hədiyyədir . Arzu edirik ki uğurlarınız bol olsun.
İctimai birliyin rəhbər işciləri də bizim tələbələrə öz təşəkkürünü bildirdilər.
Onlara fəaliyyətlərində yeni-yeni müvəffəqiyyətlər arzuladılar.