Bakı Texniki Kolleci
Bakı Texniki Kolleci
Facebook səhifəmiz
Faydalı
» *Xəbərlər » Gənclər bizim fəxrimiz ümidimizdir.

Gənclər bizim fəxrimiz ümidimizdir.

Gənclər bizim fəxrimiz ümidimizdir.
Onların qazandıqları uğurlar gözəl gələcəyimizdən xəbər verir.
Bakı Texniki Kollecinin tələbələri də belə gənclərdəndir.
BTK - nın Tələbə Gənclər Təşkilatının sədri Seymur Məmmədovun və digər tələbələrimizin uğurları bizi çox sevindirdi.
2020-ci il ərzində Tələbə Gənclər Təşkilatının sədri olaraq fəaliyyəti ilə ölkədə gənclər siyasətinin təşkilinə verdiyi xüsusi töhfəyə görə Seymur Məmmədov Fəxri Fərmanla, 2020-ci ildə Tovuz hadisələri zamanı informasiya müharibəsində göstərdiyi nümunəvi fəaliyyətinə görə Sertifikatla, 2020-ci il ərzində vətəndaş cəmiyyətində uğurlu fəaliyyətinə və verdiyi xüsusi töhfəyə görə Sertifikatla, 2020-ci ildə Vətən müharibəsi dövründə informasiya müharibəsində göstərdiyi nümunəvi fəaliyyətinə görə Sertifikatla təltif olunub.
Bu, böyük müvəffəqiyyətdir. Bizim kollecimizin uğurudur.
Digər tələbələrimiz də Sertifikatlarla təltif olunublar. 
İlqar Zərbəliyev - 2020-ci ildə Tovuz hadisələri zamanı informasiya müharibəsində göstərdiyi nümunəvi fəaliyyətinə görə, 
2020-ci ildə Covid-19 pandemiyasına qarşı və Vətən müharibəsi zamanı göstərdiyi nümunəvi fəaliyyət və fəallığına görə,
Rima İsmayılova - 2020-ci ildə Tovuz hadisələri zamanı informasiya müharibəsində göstərdiyi nümunəvi fəaliyyətinə görə,
Selcan Səlimova - 2020-ci il ərzində vətəndaş cəmiyyətində uğurlu fəaliyyətinə və verdiyi xüsusi töhfəyə görə,
Məmmədova Aytac - 2020-ci ildə Tovuz hadisələri zamanı informasiya müharibəsində göstərdiyi nümunəvi fəaliyyətinə görə,
Leyla Kərimli - 2020-ci il ərzində vətəndaş cəmiyyətində uğurlu fəaliyyətinə və verdiyi xüsusi töhfəyə görə,
Nurtac Səlimova - 2020-ci ildə Covid-19 pandemiyasına qarşı və Vətən müharibəsi zamanı göstərdiyi nümunəvi fəaliyyəti və fəallığına görə, 
təltif olunub.
Əziz tələbələr!
Arzu edirik ki, çoxlu müvəffəqiyyətlər qazanasınız, sevincli, fərəhli xəbərlərinizlə bizləri daima sevindirəsiniz. 
Axı siz bizim ümidimiz, gələcəyimizsiniz!
Gənclər bizim fəxrimiz ümidimizdir.

Gənclər bizim fəxrimiz ümidimizdir.

Gənclər bizim fəxrimiz ümidimizdir.

Gənclər bizim fəxrimiz ümidimizdir.

Gənclər bizim fəxrimiz ümidimizdir.