İqtisadiyyat şöbəsinin müdiri - Həsənova İlahə Valeh qızı

İlahə Valeh qızı Həsənova 17May 1987-ci ildə Qazax şəhərində anadan olmuşdur. 2004-cü ildə Gəncə şəhərində 39 nömrəli orta məktəbi bitirib, elə həmin il Azərbaycan Dövlət İqtisad Universitetin "Mühəndis iqtisadiyyatı və idarəedilməsi” fakultəsinin "Biznesin təşkili və idarəedilməsi” ixtisasına daxil olmuşdur. 2008-ci ildə həmən fakultənin bakalavr pilləsini, 2010-cu ildə isə magistr pilləsini bitirmişdir.
2009-cu ildə DeltaGroup şirkətində reklamçı vəzifəsində fəaliyyətə başlamışdır.
2013-cü ildən AzTU-nun nəzdində Bakı Texniki Kollecinin "İqtisadiyyat” fənn birləşməsində müəllim vəzifəsinə qəbul olunmuşdur.
2020/21 – ci tədris ilindən Kollecin "İqtisadiyyat” şöbəsinə müdir vəzifəsinə təyin olunmuşdur.
Ailəlidir.