AzTU-nun nəzdində Bakı Texniki Kollecində dezinfeksiya işləri aparılıb
Məlum olduğu kimi, koronavirusa yoluxma hallarının qarşısının alınması, bu sahədə aparılan müvafiq profilaktik tədbirlərin effektivliyinin yüksəldilməsi, ölkə ərazisində yerləşən bütün təhsil müəssisələrində tibbi-profilaktik, dezinfeksiyaedici və digər qabaqlayıcı tədbirlərin intensivləşdirilməsi məqsədilə 2020-ci ilin mart ayının 3-dən 9-dək bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesi dayandırılıb.
Bununla əlaqədar AzTU-nun nəzdində Bakı Texniki Kollecində dezinfeksiya işlərinə nəzarət gücləndirilib. Kollecin bütün auditoriyaları, laboratoriyaları, dəhlizləri və digər ərazilərində dezinfeksiya işləri aparılıb.
Qeyd edək ki, Kollecdə mütəmadi olaraq ayda bir dəfə dezinfeksiya işləri aparılır.