Bakı Texniki Kollecinin direktoru və bir qrup müəllim heyəti “Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsili Mərkəzi”ndə olmuşlar.
21.02.2020-ci il tarixdə
Azərbaycan Texniki Universitetinin nəzdində Bakı Texniki Kollecinin direktoru
professor Akif Cahangirovun rəhbərliyi
ilə kollecin bir qrup müəllim heyəti Bakı şəhərində yerləşən, müasir
avadanlıqlarla təchiz olunmuş "Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsili
Mərkəzi”ndə olmuşlar. Mərkəzin direktoru Rəşad Xanlarov Tədris Mərkəzi və oradakı ixtisaslar
haqqında geniş məlumat verdi. Kollecin direktoru prof. Akif CahangirovBakı
Texniki Kolleci və kollecdəki ixtisaslar
haqqında geniş məlumat verərək, Bakı Dövlət Peşə Təhsili Mərkəzi ilə Bakı
Texniki Kolleci arasında qurula biləcək əlaqələrin əhəmiyyətindən, tələbə və müəllim
mübadiləsindən geniş şəkildə danışdı. Gələcəkdə qarşılıqlı müqavilələr imzalamaq
üçün ilkin danışıqlar aparılaraq razılıqlar əldə olundu. Daha sonra Kollecdən gələn
nümayəndə heyəti Peşə Təhsili Mərkəzinin
emalatxanaları ilə tanış oldular.