Azərbaycan Texniki Universiteti nəzdində Bakı Texniki Kollecinin tələbələri “Təbiət bizə əmanət” devizi altında təmizlik aksiyası keçirdilər
Azərbaycan Texniki Universiteti nəzdində Bakı Texniki Kollecinin tələbələri "Təbiət bizə əmanət”devizi altında təmizlik aksiyası keçirdilər. Aksiyada Kollecin əməkdaşı Aysel Əlizadə və fəal tələbələr iştirak edirdilər. Ətraf mühitə qayğının artırılması,çirklənmənin qarşısının alınması və təbiətin qorunması ekoloji tarazlığın pozulmasının qarşısının alınmasına dəstək vermək məqsədi ilə keçirilən aksiyada tələbələr böyük həvəslə iməclik işlərini gördülər. Aksiyanın sonunda xatirə şəkli çəkildi və aksiya yekunlaşdı.
Qeyd edək ki, təmizlik aksiyası davamlı olaraq həyata keçiriləcək.