Bakı Texniki Kollecinin komandası Poliatlon yarışlarında II yer tutdu.
27 oktyabr 2016-cı il tarixdə Azərbaycan Respublikasının Bədən Tərbiyyəsi və İdman Akademiyasının stadionunda "Vətənin Müdafiəsinə Hazıram” devizli "Poliatlon” çoxnövçülüyü yarışının Bakı şəhər mərhələsi keçirilmişdir.
Yarışda Nizami rayonunu təmsil edən Bakı Texniki Kollecinin komandası müvəffəqiyyətlə çıxış edərək, mükafata layiq II yeri tutmuşdur.
Həmçinin, komandanın üzvü Murad Paşayev şəxsi hesabda ən yüksək nəticə göstərərək yarışın qalibi adını qazanmışdır.
Bakı Texniki Kollecinin komandasını və komandanın rəhbəri Aydın Kazımbəyovu təbrik edirik.