Xaçmaz şəhərində keçirilən "Poliatlon" çoxnövçülüyü üzrə yarışın Respublika mərhələsində Bakı Texniki Kollecinin komandası III yer tutub.
Nizami rayon Gənclər və İdman İdarəsi Bakı Texniki Kolleci gənclərinin qələbəsinə "Rayon Gənclərinin növbəti qələbəsi" adlı məqalə dərc etmiş və bu sözləri yazmış:
"Ötən həftə Xaçmaz şəhərində "Marş irəli! Vətənin Müdafiəsinə Hazıram!" devizli "Poliatlon" çoxnövçülüyü üzrə yarışın Respublika mərhələsi keçirilmişdir.
Respublikamızın bir çox bölgələrinin təmsil olunduğu yarışda Bakı şəhərinin qalib komandası kimi çıxış edən Nizami rayon Bakı Texniki Kollecinin komandası da iştirak etmişdir.
Gərgin və maraqlı idman mübarizəsi şəraitində keçən yarışda komandamız yüksək peşakarlıq və əzmkarlıq göstərərək, mükafata layiq III yeri tutmuşdur.
Öz nəticələri ilə çempionluğa belə layiq olan komandamızı və komandanın rəhbəri Aydın Kazımbəyovu ürəkdən təbrik edirik!"